İlkin Vəliyev
Developer
  • Ölkə:
    Azərbaycan
  • Şəhər:
    Bakı
  • Yaş:
    30
Türkcə
İngilis
PHP
Laravel, Codeigniter
JavaScript
HTML, CSS
MySQL
  • Nova CMS ( Laravel )
  • JQuery, Vue.js, Push.js
  • Dinamic intecration: Ajax
  • Search engine optimization

SEO Nədir?

Programlasdirma

Sayt yaratmaq işinə yeni başlayanlar SEO anlayışı ilə qarşılaşacaqlar. SEO (Search Engine Optimization)  Vebsaytı axtarış sistemlərində axtarış zamanı ön sıralarda çıxması üçün göstərilən xidmətə deyilir.  Bu xidmət veb sayta istifadəçi cəlb etməyin ən effektiv üsuludur.  Əlbətdəki hər bir kəsin əsas məqsədi sayta istifadəçi cəlb etməkdir və tez bir zamanda qısamüddətli olaraq ön sıraya çıxmaq yox, qalıcı olaraq ön sırada liderliyi saxlamaqdır.

Bəs SEO-nu necə etmək lazımdır?

  • İlk öncə sayt təmiz və düzgün qaydada kodlaşdırılmalıdır. Məsələn saytın sürəti, xətasız işləməyi əsas məsələlərdən biridir. Bundan əlavə "Title","Description","Keywords" metadatalardan düzgün istifadə olunmalıdır. 
  • "Title": Hər bir səhifənin adıdır deyə bilərik. Axtarış sistemlərində səhifənin adını göstərməklə yanaşı, istifadəçilərə həmdə bələdçi kimi səhifənin yuxarı hissəsində göstərilir.
  • "Description": Açıqlama deməkdir və veb-saytın hər bir səhifəsinin nə haqqında olduğunu açıqlamaq üçündür. Bu metadata da eynilə title kimi body-dən öncə gəlməlidir. 
  • "Keywords" : Açar sözləri SEO-da ən önəmli elementlərdən biridir. Saytın hər bir veb səhifəsini yaratmazdan qabaq həmin səhifənin hansı sözlərin axtarışında tapılması düşünüldüyünü bilmək gərəkdir. Hər bir səhifənin özünün ayrıca açar sözləri unikal olmalıdır.
  • Paylaşım Tarixi:
    14.08.2019
  • Yazar:
    Ilkin Valiyev
  • Kateqoriyası:
    Programlasdirma
  • Oxunma sayı:
    1555


Ilkin Valiyev